Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

09.12.2019

Dekabrın 9-da Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı rayonun Böyük Kolatan, Türkoba və Qızılavar kənd tam orta məktəblərinin müəllim və şagird kollektivlərinin iştirakı ilə “Müasir Azərbaycanın qurucusu” adlı tədbir keçirilib.

Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, H. Əliyevin siyasi fəaliyyətilə bağlı şagirdlərə ətraflı məlumatlar verib. Bildirilib ki, ümummilli liderin Azərbaycana rəhbərlik etməyə başladığı sovet dönəmində ölkədə ictimai həyatın bütün sahələrini əhatə edən dinamik inkişaf müşahidə edilmişdir. Bu dövrdə sənaye və kənd təsərrüfatında, o cümlədən neft, neft-kimya, eləcə də kənd təsərrüfatının müxtəlif sahələrində məhsuldarlıq əhəmiyyətli dərəcədə artmış, bu baxımdan, ölkəmiz bir sıra sovet respublikalarını xeyli qabaqlamağa müvəffəq ola bilmişdir.

H. Əliyevin müstəqillik illərində ölkəyə rəhbərliyindən də bəhs edən Ə. Tağıyeva, qeyd edib ki, ölkəyə ağır ictimai-siyasi və iqtisadi şəraitdə rəhbərlik etməyə başlayan ümummilli lider, qısa zaman ərzində ictimai-siyasi sabitliyə nail olmuşdur. Belə ki, dövlət çevrilişinə cəhd edən qanunsuz silahlı qruplaşmalar zərərsizləşdirilmiş, ölkədə yaranmış hakimiyyət böhranına son qoyulmuş və ictimai qayda bərpa edilmişdir. İctimai-siyasi sabitlik təmin ediləndən və cəbhədəki hərbi əməliyyatlara son qoyulandan sonra, enerji-iqtisadi layihələrin icrasına başlanılmış, bununla da, ölkənin gələcək inkişafının möhkəm özülü qoyulmuşdur.

Tədbirin sonunda ümummilli liderin həyatı və siyasi fəaliyyətilə bağlı şagirdlər arasında sorğu keçirilmiş, maraq doğuran suallar cavablandırılmışdır.