Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Masallıda

09.12.2019

9 dekabr 2019-cu il tarixdə Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyəti Masallı rayonuna səfər edib. Özbəkistanlı qonaqlar və Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi əvvəlcə şəhərin Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra qonaqlarla rayon icra hakimiyyətində görüş keçirilib. Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan və Özbəkistan xalqlarının tarixi dostluq əlaqələrindən, ümummilli lider Heydər Əliyevin və Özbəkistan Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı səmimi manasibətləri sayəsində bu dostluğun daim möhkəmləndiyini və bu gün də davam etdiyini xüsusi vurğulayıb. Görüş zamanı rəsmi səfərdə olan Buxara vilayət hakiminin müavini Vahid Hiyezovun, vilayət Mədəniyyət idarəsi rəhbərinin müavini Qalibcon Barotovun, vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyətinə Azərbaycanın ən çox əhalisi (227 min 200 nəfər), sıx və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilmişdir ki, bazar iqtisadiyyatı ilə inkişaf edən ölkəmizin bir parçası olan rayonun torpaqları münbitdir, sahibkarlığın inkişaf etdirilməsi üçün bütün infrastruktur mövcuddur və lazım olan şərait yaradılır.
        Səfər zamanı özbəkistanlı qonaqların iştirakı ilə Nizami Gəncəvi adına Masallı  Mədəniyyət Mərkəzində “Özbəkistan Mədəniyyəti Günü”nün açılışı, Buxara vilayəti Dövlət Filormoniyasının musiqi kollektivinin ifasında özbək mədəniyyəti və musiqisinə dair təqdimat, özbək suvenirləri və əl işlərindən ibarət sərgi keçirilib. Konsertdə özbək incəsənət nümayəndələri ilə birgə Masallı musiqiçiləri də iştirak etmişlər. Qonaqlara xatirə olaraq hədiyyələr təqdim olunub.