Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Xalq Teatrının kollektivi Biləsuvar rayonuna səfər edib.

06.12.2019

Dekabrın 6-da Masallı rayon İcra Hakimiyəti, N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi, Masallı rayon Təhsil Şöbəsinin və  birgə təşkilatçılığı ilə Masallı Dövlət Regional Kollecinin tələbələri, Nərmian Nərimanov adına şəhər 2 saylı və Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin müəllim və şagird heyəti Ulu Öndər Heydər  Əliyevin anım günü ilə baglı Biləsuvar rayonuna səfər etmişlər. İlk öncə, Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinə ekskursiya edən tələbələr və şagirdlər qəhrəmanın atası Hacı Ağakərim kişi ilə, anası Şamama xanımla görüşmüşlər. Şəhər 2 saylı və Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəblərin sagirdələri  “Tarixdə əbədi qaldi Mübariz”  adlı kicik kompozisiya ilə çıxış etmişlər.  Masallı Xalq Teatrının baş rejissoru Cəmaləddin Əliyev Mübariz İbarahimovun keçdiyi həyat yolundan bəhs etmişdir. Daha sonra Biləsuvar rayon Ağalıkənd tam orta məktəbində  teatrın kollektivi  “Biz Heydər babanın nəvələriyik”  adlı ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.  Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri  Masallı rayon İcra Hakimiyyətinə, Masallı rayon Təhsil Şöbəsinə, Şəhər 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizovaya, Biləsuvar rayon İcra Hakimiyyətinə və Ağalıkənd tam orta məktəbinin kollektivinə dərin təşəkkürünü bildirmişdir. Daha sonra tədbirin təşkilatçıları adından  ilk öncə bütün Biləsuvarlılara və Rayon İcra Hakimiyyətinə və Təhsil Şöbəsinə təşəkkür  bildirilərək, Ağalıkənd tam orta məktəbinə dostluq rəmzi olaraq xatirə kitablar hədiyyə edilmisdir.

Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.