Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Rayon Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

16.11.2019

Noyabrın 16-də Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi və muzeyin birgə təşkilatçılığı ilə 16 noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “Azərbaycan: tolerantlıq ünvanı” adlı tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı, Masallı Dövlət Rəsm Qalereyasının direktoru, Masallı Regional ASAN xidmət mərkəzinin könüllüləri, Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva, beynəlxalq tolerantlıq gününün təsis edilməsi, hazırda Avropa və dünyanın bir sıra yerlərində etnik, irqi, dini tolerantlıqla bağlı yaranmış problemlər, Azərbaycandakı tolerantlıq ənənələrinin formalaşması, ölkəmizdə etnik və dini tolerantlığın hazırkı vəziyyəti, tolerantlıqla bağlı dövlətin son illərdə həyata keçirdiyi tədbirlər haqqında danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayiq Səmədov, Azərbaycanda tolerantlıq ənənələrinin formalaşmasının tarixi səbəbləri, tarixin müxtəlif dönəmlərində xaricdən edilmiş etnik miqrasiyalar və bunun nəticəsində ölkədə yaranmış etnik və dini müxtəliflik, Avropada yaranmış və praktikada həyata keçirilmiş multikulturalizm siyasəti, son illərdə Azərbaycanda da bu istiqamətdə hökumətin gördüyü tədbirlər, ölkədə fəaliyyət göstərən müxtəlif dini konfessiyalar, dini qurumlar, onların dövlət qeydiyyatı və digər məsələlər haqqında çıxış edib.

Masallı Dövlət Rəsm Qalereyasının direktoru Təhmasib Məcidli, ölkədə dini tolerantlıqla bağlı hökumətin gördüyü tədbirlər, müxtəlif dini inanc daşıyıcılarının və etnosların ölkədə sülh və əmin-amanlıq şəraitində yaşaması, dini və etnik-mədəni dəyərlərin dövlət tərəfindən qorunması ilə bağlı fikirlərini auditoriya ilə bölüşüb.

Muzeyin elmi işçisi Həbib Ağayev, Azərbaycanda tolerantlıq mövzusunda məruzə ilə çıxış edib.

Yekunda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.