14.11.2019
Noyabrın 14-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi (RPŞ) və Masallı Regional Kollecinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı RPŞ-nın rəisi, polis polkovniki Habil Əmiraslanov, Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəxtim Qarayev, Masallı Regional Kollecinin direktoru Vidadi Nəzərov, rayon ictimaiyyətinin nümayəndələri və Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.
Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov narkomaniya, erkən nikah və dini ekstremizm məsələləri barədə söhbət açaraq bu sahədə aparılan maarifləndirmə tədbirlərində fəal olmağın vacibliyindən danışıb. DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və Masallı RPŞ-nın rəisi polis polkovniki Habil Əmiraslanov çıxışlarında erkən nikah, narkomaniya, zərərli vərdişlər, dini radikalizmə qarşı mübarizə yolları haqqında ətraflı məlumat veriliblər.
Qarşılıqlı diskussiya şəraitində keçən tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.