12.11.2019
Cəlilabad MKS. 12 noyabr 2019-cu il tarixdə Mərkəzi kitabxana Cəlilabad şəhər 2 saylı tam orta məktəbdə 12 Noyabr Konstitusiya günü münasibətilə “Hər kəs öz hüququnu bilməlidir” mövzusunda disput keçirdi. Tədbir məktəbin X sinif şagirdləri ilə keçirildi.Tədbirdə məktəbin dil-ədəbiyyat müəllimi Rəşadə Qəribəliyeva , Mərkəzi kitabxananın baş kitabxanaçısı Xuraman Dadaşova və Oxu zalının müdiri Asudə Adışova iştirak edirdilər.