Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yurd həsrəti

30.10.2019

30 oktyabr 2019-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında  Zəngilan  rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirildi. Xidmət  şöbəsinin müdiri Gülər Piriyeva oxucularla söhbətdə  bildirdi ki, Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə erməni sillahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular. Qanlı döyüşlər nəticəsində 188 nəfər həlak olmuş, 44 nəfər itkin düşmüşdür. G.Piriyeva inamla qeyd edib ki, dövlət başçısının göstərdiyi qətiyyətli mövqe, milli ordumuzun qüdrəti və xalqımızın mübarizə ruhu nəticəsində torpaqların azad olunacağı gün uzaqda deyil.