Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dilbər guşəmiz olan Zəngilan

30.10.2019

30 oktyabr 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında Zəngilan rayonunun işğalı günü ilə əlaqədar tədbiri keçirildi .Tədbirdə giriş nitqi ilə çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov Zəngilanının işğalından  əvvəl ölkədəki və qonşu dövlətlərdəki siyasi vəziyyətə dair iştirakçıları məlumatlandırdı. O, qeyd etdi  ki,1993-cü il oktyabrın 29-u Azərbaycanın Zəngilan rayonu da işğal olundu. Zəngilan sonuncu işğal olunmuş rayondur. İşğaldan əvvəl rayonu tam blokadaya saldılar. Əhali İranla sərhəddə olan Araz çayının hesabına mühasirədən çıxa bildi.Kitabxananın direktoru Əlhəddin Nəzərov onu da şagirdlərə vurğuladı ki, bu gün Azərbaycan dövləti öz ordusunu bütün müasir silahlarla təchiz edir. Sonra kitabxana əməkdaşları Şəmsurə Nəsirova və Pəri Zamanova çıxış edərək  Zəngilanın işğalından uzun illər keçməsinə baxmayaraq xalqımızın mübarizə əzminin tükənmədiyini, düşmən tapdağında qalan əraziləri azad etmək gücündə olduğunu bildirdilər.