Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaman və məkanın fövqündə olan şair

03.11.2019

3.11.2019- cu ildə Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Masallı rayon 3 saylı orta məktəbdə tədbir keçirib.Uşaq şöbəsinin müdiri Günəş Ağayeva şagirdlərlə söhbətdə  böyük  Azərbaycan şairi  İmadəddin Nəsiminin  şərəfli adının  Yaxın Şərqdə  mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkildiyini bildirib. Altı  əsrdən  artıqdır ki,  məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümünün  onu  əbədiyyət üfüqünün günəşinə çevirdiyini şagirdlərə çatdırdı. Nəsimiyə görə, insan öz gözəl əməlləri ilə əbədiyyətə  qovuşa  bilər. “Mən əbədiyyət üfüqündə doğan eşq günəşiyəm” deməklə insanlığa xidmət etməyi, ömrünü mənalı keçirərək özündən bir yadigar, xoş xatirə qoymağı bacara bildi. Bu da hər kəsə nəsib olmur. Tədbirin sonunda məktəbin şagirdləri Nəsiminin  şeirlərini ifa ediblər.