Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəfər Cabbarlının yaradıcılığı

30.10.2019

30 oktyabr 2019-cu il tarixdə Masallı rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi 3 saylı orta məktəbdə “Cəfər Cabbarlı-120” mövzusunda tədbir keçirdi.Tədbirdə Yeddioymaq 3 nömrəli orta məktəbin 8-ci və 9-cu sinif şagirdləri, müəllimlər iştirak etdilər.Tədbir başlanmazdan  öncə şagirdlər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən MKS-in 32 saylı filialında Cəfər Cabbarlının kitabları ilə  tanış oldular. Sonra Yeksarə İbayeva çıxış edərək  bildirdi ki, Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilikvə müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir.Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911 -ci ildə "Həqiqəti-Əfkar" qəzetində dərc olunmuşdu.1915 -ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində onun "Bahar" adlı şeiri nəşr olunmuşdu. "Məktəb" jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. C.Cabbarlının yaradıcılığa başlamasında "Məktəb" jurnalının da müəyyən rolu olmuşdur.  Ulu öndər Heydər Əliyev Cəfər Cabbarlı yaradıcılığına hər zaman ehtiramla yanaşıb və ən gözəl ifadələrlə onun şəxsiyyətini tərənnüm edib. Bütün bunlar Azərbaycan ədəbiyyatına və mədəniyyətinə göstərilən diqqət və qayğının təzahürüdür. Sonda Cəfər Cabbarlının həyat və yaradıcılğı haqqında videomaterial nümayiş olundu.