Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Biz uşağıq , bizim hüquqlarımız var !”

31.10.2019

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək Müvəkkilin təşəbbüsü ilə hər il olduğu kimi bu ildə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində Uşaq hüququları aylığı elan edildiyini bildirmiş və aylıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilməsini xahiş etmişdir.Bununla əlaqədar olaraq Masallı rayon Heydər Əliyev Mərkəzində 23/10/2019-cu il tarixindən 20/11/2019-cu il tarixinədək “Uşaq Hüquqları aylığı” çərçivəsində Rayon Ümumtəhsil məktəblərinin  eləcə də Məktəbəqədər müəssisələrin iştirakı ilə “Biz uşağıq , bizim hüquqlarımız var !”mövzusunda silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır.

 23/10/2019-cu il tarixində Viləş uşaq bağçasının kiçik fidanları Masallı rayon Heydər Əliyev Mərkəzində oldular. Mərkəzin əməkdaşı onları Heydər Əliyev Mərkəzi ilə yaxından tanış etdi Sonra uşaqlar Mərkəzdə fəaliyyət göstərən MKS-nin 32 saylı filialında “Biz oxumağı çox sevirik” adlı tədbirdə iştirak etdilər. Filial müdiri Sevanə Mənsimova uşaqları salamlayaraq onlarla  mövzu ətrafında diskusiya apardı. 24/10/2019-cu il tarixində  Boradigah 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdlərinin iştirakı ilə “ Biz uşağıq ,bizim hüquqlarımız var!” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Dilbər İbayeva bildirdi ki,Uşaq hüquqları harada doğulduğundan, kim olduğundan və cinsiyyətindən asılı olmayaraq bütün uşaqlar üçün eynidir.18 yaşdan aşağı olan hər kəs uşaq sayılır. “Uşaq hüquqları Konvensiyası” 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilib.Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub.1998-ci ildə ölkəmizdə “Uşaq hüquqları haqqında” qanun qəbul edilib. Uşaq hüquqları bütün uşaqların xoşbəxt və sağlam yaşaması üçündür. Sonra şagirdlərlə maraqlı diskusiya aparıldı. Sonda mövzu ilə bağlı video material nümayiş olundu. 29/10/2019-cu il tarixində “Uşaqlar və hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Boradigah 1 saylı məktəbin 9-cu sinif şagirdləri iştirak etmişlər. 31/10/2019-cu il Masallı şəhər 5 saylı məktəbin 9-cu sinif şagirdlərinin iştirakı ilə “ Uşaq hüquqları Konvensiyası “ mövzusunda tədbir keçirilmişdir.