Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sülh ən ali bəşəri dəyərdir

20.09.2019

   20 sentyabr 2019-cu ildə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbdə “Sülh aylığı” çərçivəsində tədbir keçirildi. Mərkəzi kitabxananın təşkil etdiyi tədbirdə çıxış edən  Biblioqrafiya Proseslərinin Avtomatlaşdırılması şöbəsinin əməkdaşları Rəşad İsmayılov və Lətafət Əlirzayeva qeyd edilər  ki, sülh dünyanın müxtəlif  regionlarında   baş verən silahlı münaqişələr fonunda bəşəriyyətin ehtiyac duyduğu əsas  dəyərlərdən biridir.Təhlükəsiz şəraitdə yaşamalı olan  insanlar, təəssüf ki,  heç bir günahı olmadan kütləvi zorakılığın, terror aktlarının qurbanlarına çevrilir.Dünyada sülhün və təhlükəsizliyin qarantı hesab olunan BMT-nin Təhlükəsizlik  Şurası münaqişələrin ədalətli şəkildə tənzimlənməsində   məsuliyyət daşıyır.  Azərbaycan qonşu dövlətlərlə münasibətlərdə hər zaman sülhə böyük önəm verib, region və dünyada sülh naminə beynəlxalq çağırışlara hər zaman dəstəyini ifadə edir. Azərbaycan dövləti ilhaq olunan ərazilərinin  geri qaytarılması  ilə bağlı məlum qətnamələrin icra olunmamasına rəğmən  münaqişənin sülh yolu ilə həllinin  tərəfdarı olduğunu dəfələrlə bəyan edib.