Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclərin tərbiyəsində milli dəyərlərimiz

20.09.2019

20 sentyabr 2019-cu il tarixində  R.Tağıyev adına  Masallı Tarix Diyarşünaslıq muzeyində   Masallı rayon Dini qurumlarla iş üzrə Dövlət Komitəsiniun (DQİDK) birgə təşkilatçılığı  ilıə “ Gənclərin tərbiyəsində Milli dəyərlərimiz “ mövzusunda tədbir keçirildi.Tədbirdə Asan xidmətin “Könüllülər”qrupunun üzvləri,mədəniyyət işçiləri iştirak edirdilər.  Giriş sözü  muzeyin direktoru  Əntiqə Tağıyeva açaraq, Azərbaycan  Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanmasıdan   və gəncləri  düzgün,  vətənpərvər,  mərd,   milli-mənəvi dəyərlərə bağlı olmağlarından ötrü düzgün tərbiyyə olunmasından   danışdı.

Sonra DQİDK-baş məsləhətçisi Ayıq  Səmədov çıxış edərək, İslami dəyərlərimizin gənclərə düzgün təbliğ olunmasından , xalq və dövlətçilik ənənələrinin vəhdət təşkil etməsindən , milli-mənəvi dəyərlərimizin müasir həyatımızda daşıdığı roldan və gənclərimizin bundan hansı şəkildə bəhrələnə biləcəklərindən  danışdı.  Masallı dövlət Rəsm Qalereyasının müdir əvəzi Təhməsib Məcidli çıxış edərək,gənclərin sağlam və mübariz düşncədən olmaları ,yaşadığları ictimaiyyətin daha irəli getməsinə yardımçı olmasından danışdı.