Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Əsrin müqaviləsi”

19.09.2019

19 sentyabr tarixində “ Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və 20 sentyabr-Neftçilər günü münasibətilə Masallı rayon  MKS-nin  və   R.Tağıyev adına Masallı  Tarix Diyarşünaslıq muzeyin Ərazi ilk Partiya Təşkilatlarının birgə təşkilatçılığı ilə  tədbir keçirilb. Tədbiri giriş sözü ilə açan  MKS-nin direktoru  Ə.Nəzərov  sentyabrın 20-də “ Xəzər dənizinin Azərbaycan sektorunda “ Azəri”,” Çıraq” yataqlarının və “ Günəşli” yatığının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında “ Azərbaycanla dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının 25-ci il dönümünün tamam olunmasını,bu tarixi hadisənin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.Mks-nin işçisi Ş.Nəsirova  Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən gəlməsi,müstəqil Azərbaycanımızın inkişaf dövrünə addım atmağından,” Əsrin müqaviləsi”nin Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsinin açılmasıdan  geniş məruzə ilə çıxış etdi.Muzeyin direktoru Ə.Tağıyeva “Əsrin müqaviləsi” nin dövlətimizin yeni və inkişaf dövrün başlanğıcını qoyduğunu , Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı  Möhtərəm Prezitentimiz  cənab İlham Əliyev   bu yolu səmərəli sürətdə inkişaf etdirməyindən,  Azərbaycanımızın günü –gündən çiçəklənməsindən danışdı.

Sonda Tağıyeva neft sənayesi müəssisələrində çalışan bütün  nefrçiləri peşə bayramı münasibətilə təbrik etdi.