18.09.2019
18 sentyabr 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə ilk çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov bildirdi ki, Üzeyir Hacıbəylinin anadan olduğu gün sadəcə musiqisevərlərin deyil, həm də xalqımızın bayramıdır. Dahi bəstəkarın dünya gəldiyi günün bayram kimi qeyd edilməsi ənənəsi maestro Niyazi tərəfindən başladı. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Sonra çıxış edən musiqi məktəbinin müəllimləri Əfruzə Ağayeva və Emilya Məmmədova xalqımızın yetişdirdiyi istedadlı bəstəkarın yaradıcılığının məhsulu olan bənzərsiz musiqi əsərləri haqqında tədbir iştirakçılarına məlumat verdilər.