17.09.2019
Gənclərin asudə vaxtını səmərəli təşkili ilə bağlı R.Tağıyev adına Tarix- Diyarşünaslıq muzeyində” Qədim dulusçuluq mədəniyyəti bu gün” mövzüsunda təıdbir keçirilmişdir.Milli dəyərlərimizin qorunması,öyrənilməsi və gələcək nəsillərə çatdırılması bizim mənəvi borcumuzdur. Milli dəyərlərimizin xalqımızın formalaşmasında təsiri böyük olduğu kimi ,milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.Bu gün milli dəyərlərimiz hamılıqla,bütün xalq tərəfindən dövlətin himayəsi altında qorunur və daha da inkişaf etdirilir.Milli -mənəvi dəyərlərin yaradıçısı xalqdır.Xalqın mövcudluğunun əsas göstəricisi olan milli mənəvi dəyərlər onun ən qiymətli sərvətidir.Milli-mənəvi dəyərlər bizim tariximiz,dilimiz,dinimiz,adət-ənənlərimiz, mentalitetimiz, mədəniyyətimiz,ədəbiyyat və incəsənətimizdir.Azərbaycan xalqı tarixən milli mənəvi dəyərlərimizi qoruyaraq böyük inkişaf yolu keçmişdir. Bizim mənəvi və vətəndaşlıq borcumuz tarixən formalaşmış milli-mənəvi dəyərləırimizi qorumaqla yanaşı onu yeni böyüyən nəsillərə və gənclərə təbliğ etməkdir. 17 sentyabr tarixində Masallı Tarix Diyarşünaslıq muzeyində Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə “ Qədim dulusçuluq mədəniyyəti bu gün”mövzusunda tədbir keçirildi. Tədbirdə Asan xidmətin”Könüllülər” qrupunun üzvləri iştirak edərək, Ərkivan qəsəbə sakini Nuriyev Cəsarətin əl işlərindən ibarət sərgiyə baxış keçirilərək gənclərə rayonumuzun tarixidən və xalq tətbiqi sənətin qədim sirlərindən danışıldı. Yeniyetmə və gənclərin bədii-estetik zövqünün formalaşdırılmasında,habelə onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə milli-mənəvi dəyərlərimizn təbliği fonunda olan tədbirlər mütəmadi olaraq muzeydə və muzeydən kənarda keçiriləcəkdir.