18.09.2019
18.09.2019-cu il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və “Milli musiqi günü“ münasibəti ilə 3 D kinozalda rejissoru Hüseyn Seyidzadə olan dahi bəstəkar Üzeyir Hacıbəylinin“ O olmasın, bu olsun ” musiqili komediyası əsasında çəkilmiş film nümayiş olundu. Filmdən öncə şagirdlərə Mərkəzin direktoru Dilbər İbayeva dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Bildirildi ki,Sentyabrın 18-də Azərbaycan xalqının dahi bəstəkarı, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. Həmin gün, sadəcə, musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.Sonda şagirdlər bəstəkarın “Koroğlu” operasından uverturanı dinlədilər.