Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dini şəhidlərimiz

13.09.2019

13 sentyabr 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanasında Məhərrəm ayına  həsr olunmuş tədbir keçirildi. Tədbirdə  çıxış edən kitabxana işçiləri Pəri Zamanova  qeyd etdi ki,müsəlman  dünyasında məhərrəm ayı  tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin amanlıq ayı kimi qeyd edilir. Məhərrəm ayının  10-cu günü olan Aşura  Hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir .Aşurə hadisəsi Müəviyə oğlu Yezidin göstərişi ilə Həzrəti peyğənbərin (s) nəvəsi və səhabəsi  imam Hüseyn (ə) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kəlbəla çölündə şəhid edilmiş ,ailələri əsir alınmışdır.Bununla yanaşı haqq-ədalət naminə şəhadət  bəşəriyyət və insanlıq üçün mənəvi kamillik,dirçəliş numunəsi olduğu kimi İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə bədbinlik  və ümidsizlik deyil ,vətən və iman sevgisinə, işxal olunmuş  Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır.

   Qeyd olunur ki, təziyyə mərasimlərində şəhidlərimizi yad etmək,əzəli torpaqlarımızın işğaldan azad olunmasına dua etmək müqəddəs borcumuzdur. ”Dindarlarımız” müsəlman tarixində kədərli,lakin şərəfli  və qurur numunəsi  kimi yer alan Kərbəla faciəsini eləcədə İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsini ənənəvi olaraq  bu gün davam etdirir.