Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıllar aləminə səyahət

05.09.2019

   05 sentyabr 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxana əməkdaşları şəhər 3 saylı bağçada “Nağıl saatı”  keçirdi. Tədbirdə iştirak edən Oxu zalının müdiri Şəmsurə Nəsirova və  Lətafət Əlirzayeva uşaqlara “Azərbaycan nağılları”ndan “Kiçik şahzadə”, “Yeddi qardaşlar”, “Xoruzun hiyləsi”, “İki tənbəl”, “Tərs keçilər”, “Cırtdan”, “Canavar və durna”, “Kobud ayı” nağıllarını oxuyublar. Nağıllar aləminə səyahət edən uşaqlar nağıl qəhrəmanlrının hər cür çətinliklərə sinə gələrək sonda öz arzusuna çatmağının bir daha şahidi olublar. Tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, onların kitaba olan sevgisini artırmaqdır. Hər bir nağılın sonunda uşaqların nağılı daha dərindən dərk etməsi və yadda saxlması üçün buradakı qəhrəmanlar və hadisələr haqqında ətraflı məlumat verilib.