Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Biz, sülh istəyirik

10.09.2019

10 sentyabr 2019-cu ildə Masallı rayon Mərkəzi Kitabxanada  “Beynəlxalq Sülh günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ilk çıxış edən İnformasiya-Resurs şöbəsinin müdiri Rasif Dadaşov  bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verdi. O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda  21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirləri təşkil olunduğunu qeyd etdi. Sonra çıxış edən kitabxana əməkdaşı Nahidə Fərəcova bildirdi ki, sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirilir. Cəmiyyətdə sülhün, təhlükəsizliyin və sabitliyin vacibliyi vurğulayan məruzəçi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu. Bildirdi ki, bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də sülh xüsusi əhəmiyyət kəsb edir.