Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

« İlk milli kitabxana»

06.08.2019

06   avqust  2019-cu  il  tarixdə   Yardımlı   rayon  MKS-in  Mərkəzi  kitabxanasında Bakıda ilk ictimai kitabxana- qirayətxana açılması  (01  avqust  1894)  münasibəti  ilə  tədbir  keçirilmişdir.Tədbirdə  MKS-in  direktoru  R.Səfərov  Nəriman Nərimanov  tərəfindən  Azərbaycanda  ilk  ümumi  açıq milli  kitabxananın 1894-cü  ildə əsası  qoyulmasını  qeyd   etdi.Sonra  isə  kitabxanaya  yığılmış  ədəbiyyatlar barədə, dörd il fəaliyyət  göstərdikdən  sonra  bağlanma  səbəbləri  barədə  geniş məlumat  verdi.Tədbirin  sonunda  « İlk  milli  kitabxana»  başlıqlı  kitab sərgisinə  baxış  keçirildi.