Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Cahana sığmayan şair”

08.07.2019

08.07.2019-cu il tarixdə Yardımlı rayon Mərkəzi Kitabxanasında Şərqin böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar təşkil olunmuş "Cahana sığmayan şair" adlı tədbir keçirildi.Tədbiri Masallı regional Mədəniyyət idarəsinin Yardımlı rayon nümayəndəsi A.Əliyev açdı. Şairin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tarix – Diyarşünaslıq muzeyinin əməkdaşı tədbirdə aparıcılıq etdi. Yardımlı rayon yazarlarından Qabil Qaraxanlı İ.Nəsiminin həyat və yaradıcılığı barədə geniş məruzə etdi. Müəllim E.İsmayılov, rayon Gənclər və İdman idarəsinin rəis müavini R. Süleymanov, şair S.İlkin və P.Dumanoğlu şairin yaradıcılığından danışmış və onun şeirlərindən səsləndirmişlər. Bürzümbül kənd orta məktəbinin şagirdləri şeirlər səsləndirdilər.Gözəl qiraət ustaları Abdul Əsgərov və Gündüz Manafov da şairin şeirlərini səsləndirdilər. Tədbirdə B.Babazadənin ifasında şən musiqilər ifa edildi.