21.06.2019
Yardımlı rayon MKS-in Mərkəzi kitabxanasının oxu zalında MKS və RMM – nin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə M.F.Axundzadə adına 1 saylı məktəbin yuxarı sinif şagirdləri, gənclər, mərkəzi kitabxananın kollektivi və Yardımlı rayon polis şöbəsinin əməkdaşları iştirak edirdi.
Tədbiri Mədəniyyət Mərkəzinin metodisti Ə.Mustafayev açaraq narkomaniyanın cəmiyyətə vurduğu ziyanlı vərdişlərdən söhbət açdı. Onun insan orqanizminə vurduğu ziyandan habelə cinayətkarlığa sürükləyən pis vərdişlər barədə ümumi məlumat verdi.
Yardımlı rayon Mədəniyyət Mərkəzinin işçilərindən N.Abiyev, V.Bağışov və başqaları da narkotik maddələrin insan orqanizminə vurduğu ziyandan danışdılar.
Polis şöbəsinin əməkdaşı “Narkomaniya ictimai bəladır”mövzusunda geniş məruzə etdi. Məruzədən sonra söz təhsil işçisi N.Bağırova verildi. N.Bağırov da narkomaniyanın törətdiyi bəlalardan danışdı. Tədbirin sonunda “Narkomaniyaya yox deyək” başlıqlı tərtib edilmiş sərgiyə baxış keçirildi.