Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”A.A.Bakıxanov-225”

19.06.2019

19 iyun 2019-cu il  Yardmlı rayon MKS-nin  Mərkəzi  kitabxanasında   böyük mütəfəkkir, maarifçi alim, şair  Abbasqulu ağa Bakıxanovun anadan olmasının  225 illiyi ilə əlaqədar  "A.A.Bakıxanov-225"  başlığı altında  tədbir keçirilmişdir. Tədbirdə  şəhər  1 saylı  məktəbin  dil-ədəbiyyat  müəllimi  F.Bəgəliyev filosof şairin həyat və yaradıcılığı barədə  geniş məlumat verdi. Sonra kitabxananın işçisi Vahid Kərimov çıxış edərək  kitabxana fondunda olan kitabları barədə  oxucuları bilgiləndirdi. Tədbirin sonunda  kitab sərgisinə baxış keçirildi.