Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz döyüşləri – Zəfərə aparan yolun mühüm mərhələsi

14.07.2026

İyulun 13-də Cəlilabad rayon Mərkəzi Kitabxanasında Tovuz döyüşlərinin altıncı ildönümünə həsr olunmuş "Zəfərə aparan addım" adlı anım tədbiri keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Tovuz döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən və xalqımızın milli həmrəyliyindən bəhs olunub. Qeyd edilib ki, 2020-ci ilin iyulunda baş verən bu döyüşlər Azərbaycan xalqının Vətənə bağlılığını və birlik nümayişini bir daha göstərərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə aparan yolun mühüm mərhələlərindən biri olub. Sonda Tovuz döyüşlərinin qəhrəmanlıq tariximizin şanlı səhifələrindən biri olduğu vurğulanaraq şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı bildirilib.