Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

23.06.2026

İyunun 22-də Astara rayon Mərkəzi Kitabxanasında “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Astara Rayon Polis Şöbəsi və Astara Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri, eləcə də kitabxana əməkdaşları və oxucular iştirak ediblər. Çıxışlarda narkomaniyanın fəsadları, zərərli vərdişlərdən qorunma yolları, sağlam həyat tərzinin təbliği və gənclərin düzgün istiqamətləndirilməsinin əhəmiyyətindən bəhs olunub. Tədbir maarifləndirici çağırışlarla yekunlaşıb.