Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Ordumuzun Gücü – Xalqımızın Qüruru” adlı tədbir keçirilib

20.06.2026

İyunun 18-də Yardımlı Rayon İcra Hakimiyyəti, Yardımlı rayon Heydər Əliyev Mərkəzi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayon sektorunun və Yardımlı Peşə Məktəbinin birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Ordumuzun Gücü – Xalqımızın Qüruru” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində xidmətlərindən, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan və Vətən müharibəsində qazanılan tarixi Zəfərdən bəhs ediblər. Qeyd olunub ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri olmaqla ölkəmizin təhlükəsizliyinin və müstəqilliyinin etibarlı təminatçısıdır. Çıxışlarda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb, dövlətə, xalqa və Vətənə sədaqət hisslərinin gücləndirilməsinin önəmi qeyd edilib. Tədbirin sonunda Silahlı Qüvvələr Gününə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğuna dair fikirləri, Azərbaycan Ordusunun qüdrətini əks etdirən fotoşəkillər və kitablar nümayiş etdirilib.