18.06.2026
İyunun 16-da Masallı rayon Mərkəzi Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Səməd Vurğun: Ana dilinin tərənnümçüsü” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir gənc nəslin nümayəndələri arasında ədəbi yaradıcılığın təşviqi, onların yaradıcılıq fəaliyyətinə cəlb olunması, ana dilinə və milli ədəbi irsə marağın artırılması məqsədilə təşkil olunub. Çıxış edənlər Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərindən, zəngin yaradıcılıq irsindən və milli-mənəvi dəyərlərin təbliğindəki rolundan bəhs ediblər. Şairin əsərlərində vətənə məhəbbət, insanpərvərlik, ana dilinə hörmət kimi ali dəyərlərin geniş şəkildə əks olunduğu diqqətə çatdırılıb. Həmçinin ana dilimizin qorunması və zənginləşdirilməsinin vacibliyi vurğulanaraq, gənclərin mütaliəyə, bədii yaradıcılığa və ədəbi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən danışılıb. Bildirilib ki, belə tədbirlər gənclərin dünyagörüşünün formalaşmasına və milli-mədəni irsimizin daha dərindən mənimsənilməsinə mühüm töhfə verir.