06.06.2026
İyunun 6-da Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdləri sinif rəhbəri Günay müəllimənin müşayiəti ilə Lənkəran rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində ekskursiyada iştirak ediblər. Ekskursiya zamanı şagirdlər kitabxananın fəaliyyəti, kitab fondu və oxucular üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Onlara kitabların insan həyatındakı rolu, mütaliənin əhəmiyyəti və müntəzəm oxu vərdişlərinin faydaları barədə məlumat verilib. Balaca oxucular uşaq ədəbiyyatı nümunələrinə, nağıl kitablarına və ensiklopediyalara böyük maraq göstəriblər. Görüş zamanı onların sualları cavablandırılıb, kitaba və mütaliəyə marağın artırılması istiqamətində maarifləndirici söhbət aparılıb. Ekskursiya şagirdlərin xoş təəssüratları ilə yadda qalıb və onların kitabxanaya marağının daha da artmasına töhfə verib.