Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan hüquqları aylığı çərçivəsində məktəblilərlə maarifləndirici görüş təşkil olunub

05.06.2026

İyunun 4-də Lerik rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsinin təşkilatçılığı ilə Lerik şəhər M.Bağışov adına 3 nömrəli tam orta məktəbində “İnsan hüquqları aylığı” çərçivəsində “Hüquqlarını bilən şagird – məsuliyyətli vətəndaş” adlı tədbir keçirilib. Tədbirdə insan hüquqlarının mahiyyəti, hər bir insanın yaşamaq, təhsil almaq, fikir və söz azadlığı kimi əsas hüquqlara malik olduğu vurğulanıb. Eyni zamanda, hüquqlarla yanaşı, hər bir vətəndaşın cəmiyyət qarşısında müəyyən vəzifələrinin də olduğu diqqətə çatdırılıb. Şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların mövzu ilə bağlı sualları cavablandırılıb, mövzu haqqında düşündüklərinə münasibət bildirilib. Belə tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslin insan hüquqlarına hörmət ruhunda tərbiyə olunması, onların hüquqi savadlılığının yüksəldilməsi və cəmiyyətdə insan hüquqlarının təbliğinə töhfə vermək olub.