Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

19.05.2026

Yardımlı Rayon İcra Hakimiyyəti, Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Yardımlı Peşə Məktəbinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tarixin silinməyən izləri” adlı tədbir keçirilib. Tədbirdə adıçəkilən qurumların nümayəndələri, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda memarlıq və şəhərsalma sahəsinin inkişafına verdiyi töhfələrdən bəhs edilib. Qeyd olunub ki, onun rəhbərliyi dövründə milli memarlıq irsinin qorunması, tarixi abidələrin bərpası və şəhərsalma ənənələrinin inkişafı istiqamətində mühüm işlər həyata keçirilib. Həmçinin bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Daha sonra “Azərbaycanın memarı” adlı sənədli film nümayiş olunub. Sonda mövzu ətrafında fikir mübadiləsi apararılıb.