19.05.2026
Mayın 18-də Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə Astara rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Muzeylər bölünmüş dünyanı birləşdirir” mövzusunda tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. Çıxış edənlər Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən danışaraq bildiriblər ki, muzeylər tarixi-mədəni irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Qeyd olunub ki, hər il müxtəlif devizlər altında keçirilən bu əlamətdar gün cəmiyyətin diqqətini muzeylərə yönəldir və muzeylərin fəaliyyətinin təbliğinə xidmət edir.