15.05.2026
Cəlilabad rayon Mərkəzi Kitabxana Sistemi və ADPU-nun Cəlilabad filialının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Xaqani Şirvaninin 900 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə ADPU-nun Cəlilabad filialının müəllim heyəti, kitabxana əməkdaşları, ziyalılar və tələbələr iştirak ediblər. Çıxış edənlər Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olduğunu qeyd edərək, onun zəngin ədəbi irsinin bu gün də öz aktuallığını qoruduğunu bildiriblər. Vurğulanıb ki, şairin yaradıcılığı yüksək bədii-estetik dəyəri ilə seçilir və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm rol oynayır. Tədbirin bədii hissəsində tələbələr tərəfindən şairin qəzəlləri səsləndirilib, həmçinin mövzu ilə əlaqədar səhnəciklər nümayiş etdirilib.