Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

11.05.2026

Mayın 10-da Astara Rayon İcra Hakimiyyəti və Astara rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib. Astara park-bulvar kompleksində təşkil olunan konsertdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konsert proqramı mədəniyyət mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının müşayiəti ilə O. Kazimi adına Astara Musiqi Məktəbinin birləşmiş xor kollektivinin ifasında başlanıb. Konsertdə mərkəzin solistləri Kamran Fərziyev, Emil Tağıyev, Rövşən Cabbarov və Solmaz Dadaşovanın ifaları, eləcə də gənc ifaçılar Məmməd Məmmədzadə, Elyana Məmmədova, Elvin Melikov və Səfərəli Qasımovun təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Eyni zamanda Lənkəran şəhər Mədəniyyət Mərkəzinin solisti Vüsal Bağırovun ifası, eləcə də Astara rayon Mədəniyyət Mərkəzinin “Hovəlim” qrupu və “Əvəsor” xalq kollektivinin çıxışları konsertə xüsusi rəng qatıb.