10.05.2026
Cəlilabad rayon Heydər Əliyev Mərkəzi, Cəlilabad rayon Gənclər və İdman Sektoru və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Əbədi Lider – Əbədi İrs” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin mənalı və zəngin həyat yolu, dövlətçilik siyasəti, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri və zəngin siyasi irsinin gənc nəslə aşılanmasının əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın artırılması və Ulu Öndərin irsinin gələcək nəsillərə çatdırılmasıdır. Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.