10.05.2026
Lerik rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər və məktəblilər fəal şəkildə iştirak ediblər. Tədbirlər çərçivəsində intellektual yarışlar təşkil olunmuş, “Müasir Azərbaycanın qurucusu” mövzusunda tarix dərsləri və müxtəlif mövzularda mühazirələr keçirilib. Həmçinin görüşlər və “Əbədi lider, əbədi irs” mövzusunda dəyirmi masa vasitəsilə Ümummilli Liderin zəngin siyasi fəaliyyəti, dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki rolu, Azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü mühüm işlər iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də ölkənin ictimai-siyasi və mədəni inkişafı istiqamətində gördüyü işləri əks etdirən foto-sərgi nümayiş olunub. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.Həmçinin təşkil olunan ekskursiyalar çərçivəsində iştirakçılar Lerik rayon Heydər Əliyev Mərkəzində nümayiş etdirilən materiallarla yaxından tanış olub, Ümummilli Liderin zəngin irsi barədə ətraflı məlumat əldə ediblər. Keçirilən ekskursiyalar zamanı Mərkəzə 400-dən çox ziyarətçi gəlib.