Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə gənc rəssam Aytac Ağazadənin Ulu Öndər Heydər Əliyevə həsr

09.05.2026

Mayın 8-də Lerik Dövlət Rəsm Qalereyasında gənc rəssam Aytac İlkin qızı Ağazadənin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş fərdi sərgisi keçirilib. Sərgidə gənc rəssamın Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş əsərləri, şəhid portretləri və mənzərə tabloları nümayiş etdirilib. Açılışda şəhid ailələri, icra hakimiyyətinin əməkdaşları, təhsil, mədəniyyət işçiləri, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda rəssamın yaradıcılığı yüksək qiymətləndirilib, əsərlərinin gənclərdə vətənpərvərlik ruhunun formalaşmasına mühüm töhfə verdiyi vurğulanıb. Eyni zamanda, sərgiyə baxış keçirilib, nümayiş olunan əsərlər rayon ictimaiyyəti tərəfindən maraqla izlənilib. Sonda A.Ağazadəyə diplom və müxtəlif xatirə hədiyyələri təqdim olunub. Sərginin bir neçə gün davam edəcəyi bildirilib.