02.05.2026
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Stres və emosiyaları idarə etmək” mövzusunda psixoloq saatı təşkil olunub. Tədbirdə Astara RMX-nın psixoloqu Fərrux Əliyev, Astara şəhəri M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin müəllim və VII sinif şagirdləri iştirak ediblər. Görüş zamanı yeniyetmələrə stresin yaranma səbəbləri, emosiyaların düzgün idarə olunması, eləcə də gündəlik həyatda qarşılaşılan çətinliklərin həlli yolları barədə məlumat verilib. Eyni zamanda, özünü düzgün ifadə etmə və sağlam ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı tövsiyələr də təqdim olunub. Tədbir qarşılıqlı müzakirə və fəal iştirak şəraitində davam edib və şagirdlər üçün maarifləndirici xarakter daşıyıb.