Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda şəhid ailəsi ziyarət olunub

02.05.2026

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Vətən müharibəsi şəhidi Sənan Nizami oğlu Ağazadənin doğum günü münasibətilə ailəsini ziyarət ediblər. Görüş zamanı şəhidin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətdən söz açılıb, onun əziz xatirəsinin daim hörmət və ehtiramla yad edildiyi vurğulanıb. Eyni zamanda, şəhidin xatirəsinə yaradılmış guşəyə baxış keçirilib, burada onun həyat yolu, döyüş fəaliyyəti və xatirəsini əks etdirən materiallarla tanış olunub. Görüş çərçivəsində şəhid Sənan Ağazadənin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.