01.05.2026
Mayın 1-də Vətən müharibəsi şəhidi Nurlan Əhliman oğlu Fərəməzovun doğum günü münasibətilə Astara rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev və bir qrup mədəniyyət işçisi onun ailəsi ilə görüş keçiriblər. Əvvəlcə şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub. Ziyarət zamanı mədəniyyət işçiləri Nurlan Fərəməzovun keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən və göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər. Daha sonra şəhidin ailəsi ziyarət olunub. Görüş zamanı şəhidin valideynləri ilə səmimi söhbət aparılıb, onun xatirəsinə yaradılmış guşəyə baxış keçirilib. Burada nümayiş olunan şəxsi əşyalar və döyüş yoluna dair materiallar Nurlan Fərəməzovun həyat yolunu və Vətən uğrunda göstərdiyi fədakarlığı bir daha diqqətə çatdırıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən, Nurlan Fərəməzov ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə" , "Füzulinin azad olunmasına görə" , “Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib