Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əsrlərə sığmayan ömür” adlı dəyirmi masa keçirilib

29.04.2026

Aprelin 28-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Əsrlərə sığmayan ömür” adlı dəyirmi masa keçirilib. Tədbirdə Avaş kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib. Açılış nitqi ilə çıxış edən mərkəzin direktoru vəzifəsini m.i.e. Zeynəb Məmişzadə iştirakçılara Ümummilli Liderin zəngin dövlətçilik irsi, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri və ölkənin inkişafındakı rolu barədə ətraflı məlumat verib. Daha sonra çıxış edənlər Heydər Əliyevin siyasi fəaliyyətinin əsas istiqamətlərini, milli dövlətçiliyin möhkəmləndirilməsi sahəsində gördüyü işləri, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfələri xüsusi vurğulayıblar. Tədbirin sonunda iştirakçılar mərkəzdə təşkil olunmuş sərgilərlə tanış olublar.