Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zərifə Əliyevanın elmi irsi” mövzusunda dəyirmi masa keçirilib

28.04.2026

Aprelin 28-də Lerik Rayon İcra Hakimiyyəti, Lerik rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Lerik rayon Mərkəzi Kitabxana Sistemi və Lerik rayon Tarix-Diyarşünaslıq Muzeyinin tərəfdaşlığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Zərifə Əliyevanın elmi irsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini m.i.e. Bahar Mürsəliyeva çıxışında Z. Əliyevanın həyat və elmi fəaliyyətindən bəhs edib. Daha sonra çıxış edənlər akademikin oftalmologiya sahəsində mühüm nailiyyətlər əldə etdiyini, tibb elminə dəyərli töhfələr verdiyini bildiriblər. Eyni zamanda qeyd olunub ki, onun zəngin elmi irsi bu gün də aktuallığını qoruyur və gənc nəsil üçün nümunədir.