Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İnsanların gözünə nur bəxş edən qadın” mövzusunda tədbir keçirilib

28.04.2026

Astara rayon Heydər Əliyev Mərkəzi və YAP Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 aprel – Əməkdar elm xadimi, oftalmoloq-alim Zərifə xanım Əliyevanın doğum günü münasibətilə “İnsanların gözünə nur bəxş edən qadın” mövzusunda tədbir keçirilib.Tədbirdə YAP Astara rayon təşkilatının əməkdaşları, Astara şəhər M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbin, Astara şəhər F.Əliyarov adına 6 nömrəli tam orta məktəbin, eləcə də Astara rayon Ərçivan qəsəbə ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Çıxış edən Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafında mühüm xidmətlər göstərmiş görkəmli alimdir. O qeyd edib ki, vaxtilə geniş yayılmış traxomanın, eləcə də kimya və elektron sənayesində peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi istiqamətində, həmçinin oftalmologiyanın müasir problemlərinə dair bir sıra yüksək elmi dəyərə malik tədqiqatlar aparıb. Daha sonra digər çıxışçılar da Zərifə xanım Əliyevanın zəngin elmi irsi və səhiyyə sahəsindəki xidmətləri barədə fikirlərini bölüşüblər. Tədbir çərçivəsində mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.