28.04.2026
Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Yusif Səmədoğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində çıxış edənlər Yusif Səmədoğlunun XX əsr Azərbaycan nəsrinin nadir istedadlı simalarından biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, yazıçının dərin ictimai-mənəvi məzmunu və yüksək bədii dəyəri ilə seçilən əsərləri ədəbi prosesdə mühüm iz buraxıb. Bildirilib ki, onun yaradıcılığı 1960–70-ci illərdə milli nəsrin inkişafına ciddi təsir göstərərək yeni mərhələnin formalaşmasında əhəmiyyətli rol oynayıb. Çıxışlarda, həmçinin, yazıçının “Qətl günü” romanının ona geniş şöhrət qazandırdığı diqqətə çatdırılıb, əsərlərində milli ideyaların və azadlıq motivlərinin aparıcı yer tutduğu qeyd edilib. Bununla yanaşı, Yusif Səmədoğlunun zəngin ədəbi irsinin bu gün də aktuallığını qoruduğu vurğulanıb.