Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qəhrəman Pəncəli Teymurovun ev muzeyi ziyarət olunub

23.04.2026

Aprelin 23-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ev muzeyini ziyarət ediblər. Muzeydə sərgilənən eksponatlar – qəhrəmanın şəxsi əşyaları, döyüş yoluna dair materiallar və xatirə nümunələri qonaqlarda dərin təəssürat yaradıb, onun Vətən uğrunda keçdiyi şərəfli ömür yolunu bir daha xatırladıb. Eksponatlarla tanışlıq fonunda kollektiv Milli Qəhrəmanın anası ilə səmimi söhbət apararaq onun xatirələrini dinləyib, Pəncəli Teymurovun həyat və döyüş yoluna dair məqamları ehtiram hissi ilə yad edib. Ziyarət zamanı çıxış edən idarə rəisi Pəncəli Teymurovun Vətən qarşısında göstərdiyi xidmətlərdən, döyüşlərdə nümayiş etdirdiyi igidlik və fədakarlıqdan bəhs edib. O, həmçinin Milli Qəhrəmanın Azərbaycan tarixində xüsusi yer tutduğunu və onun həyat yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıb. Daha sonra muzeyin xatirə dəftərinə ürək sözlərini yazaraq Milli Qəhrəmanın əziz xatirəsinə dərin ehtiramını ifadə edib.