22.04.2026
Lerik rayon Mərkəzi Kitabxanasında vətənpərvərlik ruhuna həsr olunmuş “Qəhrəmanlarımızı yaşadan sətirlər” adlı kitab sərgisi təşkil edilib. Sərgidə vətən sevgisi, qəhrəmanlıq, milli birlik və Vətən uğrunda canından keçmiş igidlərin şərəfli yolunu əks etdirən kitablar nümayiş etdirilib. Tədbirə rayonun ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin Lerik korpusunun müxtəlif yaş qruplarından olan tələbələri qatılaraq təqdim olunan nəşrlərlə yaxından tanış olublar. Sərginin keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin təbliği və oxu mədəniyyətinin inkişafına töhfə vermək olub.