22.04.2026
Aprelin 21-də Yardımlı rayon Heydər Əliyev Mərkəzi və Anzov kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “İki nəslin görüşü” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə şəhid valideynləri, yazarlar, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Ardınca şəhidlər, onları yetişdirən qəhrəman valideynlər və onları tərənnüm edən yazarlar haqqında videoçarx nümayiş olunub. Tədbir çərçivəsində çıxış edənlər layihənin məqsəd və əhəmiyyətindən, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərin şücaətindən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən, eləcə də tarixi yaddaşın qorunmasının önəmindən danışıblar. Həmçinin şagirdlər tərəfindən mövzu ilə bağlı hazırlanmış ədəbi-bədii kompozisiyalar təqdim olunub. Sonda Yardımlı rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış xatirə albomları şəhid valideynlərinə təqdim edilib. Eyni zamanda, təşkil olunan tədbirlərin həyata keçirilməsinə göstərdikləri dəstəyə görə məktəbin direktoru Malik Balaşov və şair Mərdan Dadaşlı “Təşəkkürnamə” ilə təltif olunublar.