22.04.2026
Aprelin 22-də Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Şəhər Multimedia Kitabxana filialının təşkilatçılığı ilə Beynəlxalq Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Nizami Gəncəvi adına park ərazisində kitab sərgisi keçirilib. Sərginin əsas məqsədi oxucular arasında kitaba marağın təşviqi, mütaliə mədəniyyətinin genişləndirilməsi və ədəbiyyata diqqətin artırılması olub. Sərgi çərçivəsində Azərbaycan və dünya ədəbiyyatının seçmə nümunələri, eləcə də yerli yazarların əsərləri nümayiş etdirilib. Tədbirdə mədəniyyət nümayəndələri, gənc oxucular və rayon sakinləri iştirak ediblər. İştirakçılara təqdim olunan nəşrlər barədə ətraflı məlumat verilib, mütaliənin insan dünyagörüşünün formalaşmasında rolu vurğulanıb. Eyni zamanda, gənclərlə maarifləndirici söhbətlər aparılıb və kitab oxuma vərdişinin əhəmiyyəti diqqətə çatdırılıb.