Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Erkən nikahların qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib

22.04.2026

Aprelin 21-də Lerik Rayon İcra Hakimiyyəti və Lerik rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə erkən nikahların qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.Tədbirin əsas məqsədi cəmiyyət üçün aktual sosial problemlərdən biri olan erkən nikahların hüquqi, tibbi və sosial-psixoloji fəsadları barədə ictimai məlumatlılığın artırılması, xüsusilə yeniyetmələr arasında maarifləndirmə işinin gücləndirilməsi olub. Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti, Lerik Rayon Polis Şöbəsi, Lerik Rayon Mərkəzi Xəstəxanası, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, məktəb psixoloqları və şagirdlər iştirak ediblər. Çıxışlar zamanı erkən nikahların hüquqi, sosial və tibbi baxımdan müəyyən mənfi nəticələrə səbəb olduğu vurğulanıb. Qeyd olunub ki, bu hallar yeniyetmələrin sağlam inkişafına mənfi təsir göstərir, ana və uşaq sağlamlığı üçün müəyyən risklər yaradır, həmçinin təhsildən yayınma və sosial inkişafın məhdudlaşmasına gətirib çıxarır. Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, gənclərin sağlam, təhlükəsiz və hüquqlarının qorunduğu mühitdə yetişməsinin vacibliyi xüsusi diqqətə çatdırılıb.