Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Şəhid Qardaşlar” ev muzeyi ziyarət olunub

21.04.2026

Aprelin 21-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və əməkdaşları Masallı rayonunun Viləş kəndində yerləşən, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin xatirəsinə yaradılmış “Şəhid Qardaşlar” ev muzeyini ziyarət ediblər. Ziyarət zamanı muzeydə nümayiş olunan eksponatlar – döyüş geyimləri, şəxsi əşyalar, foto və video materiallar qonaqlarda dərin təəssürat yaradıb. Mədəniyyət işçiləri şəhidlərin ailə üzvləri ilə görüşərək onların xatirələrini dinləyib, qəhrəman qardaşların keçdiyi şərəfli həyat yolu ilə yaxından tanış olublar. Həmçinin idarə rəisi xatirə dəftərinə ürək sözlərini qeyd edərək şəhidlərin əziz xatirəsinə dərin ehtiramını ifadə edib.